Bu ilin yanvar-iyul aylarında Azərbaycanın külək elektrik stansiyalarının elektrik enerjisi istehsalında azalma qeydə alınıb.
Renewables.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu dövrdə külək enerjisi istehsalı 27,5 milyon kVts təşkil edib.
Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz azdır.