Suqovuşandakı KSES-lər 13 milyon kVt-saat elektrik enerjisi istehsal edib

3 oktyabr 2022, 15:22 (UTC+4)
HİDRO
EDITOR
image
Qoyuluş gücləri 4,8 MVt və 3 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında cari ilin 1 sentyabr tarixinədək 13 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. "Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. 2020-ci ilin oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi işğaldan azad edilib. 1 il sonra - 2021-ci ilin 3 oktyabr tarixində isə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Qoyuluş gücləri uyğun olaraq 4,8 MVt və 3 MVt olan stansiyalarda cari ilin 1 sentyabr tarixinədək 13 milyon kVt∙saat elektrik enerjisi istehsal edilib.

OXŞAR XƏBƏRLƏR