"Suverenliyimizin bərpa olunmasının ölkəmizin energetika sahəsindəki rolu" mövzusunda tədbir keçirilib

AZƏRBAYCAN

image

Energetika Nazirliyində “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq “Suverenliyimizin bərpa olunmasının ölkəmizin energetika sahəsindəki rolu” mövzusunda tədbir keçirilib.

Energetika nazirinin müavini Samir Vəliyev 20 oktyabr - Energetiklər Günü münasibətilə enerji sektorunun əməkdaşlarını təbrik edərək energetika sahəsində əldə etdiyimiz uğurların təkcə iqtisadi sabitliyimizi deyil, həm də milli suverenliyimizin möhkəmlənməsini təmin etdiyini bildirib. Suverenliyin bərpası ilə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirərək milli resurslarımız üzərində tam sahiblik imkanlarının təmin edilməsi, xüsusilə energetika sektorunun bu prosesin aparıcı dayaqlarından birinə çevrildiyi qeyd edilib.

Çıxışlarda Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpa edildiyi işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən “yaşıl” enerji layihələrinin əhəmiyyəti, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, Azərbaycanın regional enerji təhlükəsizliyinin təminində rolu, Konstitusiyanın hüquqi dövlət quruculuğundakı əhəmiyyətinə diqqət çəkilib.

Tədbirdə Energetika Nazirliyi Aparatının, həmçinin Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər. 



OXŞAR XƏBƏRLƏR