Türkiyədə 500 MVt gücündə külək parkları inşa olunacaq
21 noyabr 2021,
13:08 (UTC+4)
KÜLƏK
Türkiyənin “Enerjisa Enerji” şirkəti 500 MVt gücündə külək elektrik stansiyaları inşa edəcək.
“Berpaolunanenerji.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət “Bərpaolunan Enerji Mənbə Sahələri” (Yenilenebilir Enerji Kaynak Alanları (YEKA)) layihəsi çərçivəsindəki tenderi qazanıb.
Külək elektrik stansiyaları Türkiyənin müxtəlif bölgələrində inşa ediləcək.