Türkiyənin külək enerjisi gücü 10,5 QVt-ı ötüb

26 dekabr 2021, 13:23 (UTC+4)
KÜLƏK
EDITOR
image
Türkiyədə külək enerjisinin qoyuluş gücü 10,500 MVt-ı ötüb. “Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib. Nazirin sözlərinə görə, ölkədə 355 külək elektrik stansiyası vasitəsilə illik 30 milyard kilovat-saat elektrik enerjisi istehsal edilir. Külək enerjisi sektoru üzrə toplam 231 yerli və xarici şirkət fəaliyyət göstərir. Qeyd edək ki, külək enerjisinin qoyuluş gücünə görə, Türkiyə Avropada 8-ci, dünyada 13-cü sıradadır.

OXŞAR XƏBƏRLƏR