Aprelin 6-da ümumilikdə 62,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun 18,2 milyon kilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub.
Energetika Nazirliyinin yaydığı məlumata görə, bununla ötən gün istehsal olunan elektrik enerjisinin 29,1 faizi bərpa olunan enerji mənbələrinin payına düşüb.
Elektrik enerjisinin 12,4 milyon kilovat-saatı su elektrik stansiyalarında, 5,8 milyon kilovat-saatı isə günəş və külək elektrik stansiyalarında istehsal olunub.
