Ötən ilin noyabrında COP29 çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birgə Azərbaycanda yaradılan Təmiz Enerji Mərkəzi (CECECO) rəsmi fəaliyyətə başlayıb.
Energetika Nazirliyinin məlumatına görə, Təmiz Enerji Mərkəzinin İdarə Heyətinin onlayn formatda ilk iclası keçirilib. İclas zamanı Mərkəzin Daxili Qaydaları təsdiqlənib və Aysel Yaqubova Təmiz Enerji Mərkəzinin icraçı direktoru təyin edilib. İdarə Heyətinin ikinci iclasının 2026-cı ilin birinci yarısında keçirilməsinə qərar verilib.