TDT ölkələri yaşıl enerji layihələrinin inkişafına dəstək ifadə edib

AZƏRBAYCAN

image

Aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü çərçivəsində birgə bəyanat qəbul edilib.

AZƏRTAC-ın xəbərinə görə bəyanatda enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin olunmasının vacibliyi qeyd edilib.

"Hökumət başçıları yaşıl enerji layihələrinin inkişafı və ötürülməsi sahəsində əldə edilmiş irəliləyişi alqışlayır və Yaşıl Enerji Dəhlizinin inkişafına qətiyyətli dəstəklərini ifadə edirlər. Ölkələr enerji səmərəliliyinin artırılması və qabaqcıl təcrübə mübadiləsi üzrə tədbirlərin təşviqini, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsini dəstəkləyirlər", - bəyanatda bildirilib.



OXŞAR XƏBƏRLƏR