"Trinasolar" "Şəfəq" GES-i günəş panelləri ilə təchiz edəcək

13 oktyabr 2025, 12:56 (UTC+4)
ÖLKƏ GÜNƏŞ YAŞIL ENERJİ ZONASI
EDITOR
image

"Trina Solar (Schweiz) AG" şirkəti "Şəfəq" Günəş Elektrik Stansiyasını günəş panelləri ilə təchiz edəcək.

Renewables.az xəbər verir ki, bu barədə "bp-Azerbaijan" məlumat yayıb. 

Məlumata görə, 2025-ci ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra şirkətlə dəyəri 29 milyon ABŞ dollarından çox olan Modul təchizatı müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində işlər artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb.

Qeyd edək ki, "Trina Solar (Schweiz) AG" Çinin "Trina Solar Limited" şirkətinin İsveçrədəki törəməsi və ticarət ofisi kimi Avropa əməliyyatlarını idarə edən qurumdur.