Tullantıların Yandırılması Zavodu elektrik enerjisi istehsalında 0,7 faizlik paya sahib olub

25 yanvar 2022, 17:42 (UTC+4)
BİOENERJİ
EDITOR
image
2021-ci ildə respublikada elektrik enerjisinin istehsalı ötən illə müqayisədə 2044,8 milyon kVt-saat artaraq 27856,0 milyon kVt/saat olub. "Berpaolunanenerji.az"ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə 2021-ci il üzrə elektrik enerjisinə dair operativ məlumatlarda qeyd olunub. Məlumata əsasən, 2021-ci ildə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 193,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, ölkə üzrə ötən ilki istehsalın 0,7 %-i deməkdir.

OXŞAR XƏBƏRLƏR