UNIDO və CECECO arasında təmiz enerji əməkdaşlığı müzakirə olunub

AZƏRBAYCAN

image

BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Avropa İttifaqı üzrə nümayəndəsi Kristof İveto, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova və Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov arasında görüş keçirilib.

UNIDO-nun məlumatına görə, görüşdə təmiz enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, dayanıqlı sənaye inkişafının sürətləndirilməsi və İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında regional əməkdaşlıq imkanları müzakirə olunub. 

Bildirilib ki, qlobal miqyasda təmiz, etibarlı və əlçatan enerjiyə tələbatın artdığı bir dövrdə UNIDO tərəfdaşları ilə birlikdə innovasiyaların təşviqi, potensialın gücləndirilməsi və ölkələrin aşağı karbonlu sənaye inkişafına keçidinin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirir.

Tərəflər həmçinin sənayelərin gücləndirilməsi, regional inteqrasiyanın inkişafı və ədalətli, inklüziv enerji keçidinin təmin olunması üçün birgə həllərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.



OXŞAR XƏBƏRLƏR