"Xızı-Abşeron" KES-də ümumilikdə 37 turbindən 35-i quraşdırılıb

AZƏRBAYCAN
KÜLƏK

image

240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Abşeron və Xızı sahələrində ümumilikdə 37 turbindən 35-i (227,5 MVt gücündə) artıq quraşdırılıb, qalan 2 turbinin quraşdırılması isə oktyabr ayı ərzində tamamlanacaq.

Bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Bildirilib ki, stansiyanın ərazisində iki 220/33 kV-luq yarımstansiyadan biri inşa edilərək istismara tam hazır vəziyyətə gətirilib, digər yarımstansiyanın tikintisi isə gələn ay yekunlaşacaq. 

Məqalədə qeyd edilib ki, qarşıdakı iki il ərzində “yaşıl enerji”nin inkişafının birinci mərhələsi - 10 günəş və külək elektrik stansiyasının inşası - planlaşdırıldığı kimi uğurla başa çatdırılacaq. Bu çərçivədə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ilin sonunadək tam istismara veriləcək. Bu yaxınlarda ilk panelin quraşdırılması ilə 445 MVt gücündə “Biləsuvar” Günəş Elektrik Stansiyasının tikintisinə də start verilib. 943 mindən çox paneldən ibarət olacaq bu stansiya regionun ən böyük günəş enerji layihələrindən biridir. Həm bu stansiya, həm də 315 MVt gücə malik “Neftçala” Günəş Elektrik Stansiyasının gələn il, 240 MVt gücündə “Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası və qoyuluş gücü 240 MVt olan “Şəfəq” Günəş Elektrik Stansiyasının isə 2027-ci ildə istismara verilməsi planlarına uyğun işlər ardıcıl şəkildə davam etdirilir. 



OXŞAR XƏBƏRLƏR