Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanlanmış "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin Avropa İttifaqının Qarşılıqlı Maraq Kəsb edən Layihələr (PMI) və Ümumi Maraq Kəsb edən Layihələr (PCI) üzrə 3-cü siyahısına daxil edilməsi məqsədilə layihənin həyata keçirilməsinə dəstək və sadiqlik haqqında Birgə Məktub” imzalanıb.
Renewables.az xəbər verir ki, sənəd bu gün Bakıda keçirilən “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində Nazirlər/Rəhbər Komitənin 12-ci iclası çərçivəsində imzalanıb.
