"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırma mərhələsi başa çatıb

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırma mərhələsinin başa çatıb.

Renewables.az xəbər verir ki, bu gün Bakıda keçirilən “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində Nazirlər/Rəhbər Komitənin 12-ci iclasında layihənin rəsmi olaraq növbəti inkişaf mərhələsinə keçdiyi bəyan edilib.

İclasda İtaliyanın “CESI S.p.A.” şirkəti tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələrinə dair təqdimatı dinlənilib. Təqdimatda bazar simulyasiyaları və xərc-fayda təhlili, enerji sisteminin inteqrasiyası, marşrut tədqiqatları, biznes modelinin qiymətləndirilməsi, eləcə də layihənin konseptual dizaynı, icra planı və satınalma strategiyası üzrə əldə edilmiş nəticələr diqqətə çatdırılıb. 

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə imzalanıb.



OXŞAR XƏBƏRLƏR