"Yaşıl Dəhliz Birliyi" Birgə Müəssisəsinin onlayn görüşü keçirilib

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

"Yaşıl Dəhliz Birliyi" Birgə Müəssisəsi çərçivəsində layihənin ötürücü sistem operatorlarının və beynəlxalq tərəfdaşlarının iştirakı ilə onlayn işçi görüş keçirilib.

"Yaşıl Dəhliz Birliyi"nin məlumatına görə, görüşdə məlumatların toplanması prosesinin mövcud vəziyyəti, bu proses çərçivəsində yaranan əsas məsələlər, eləcə də layihənin icrası üçün məlumat mübadiləsinin koordinasiyası və sinxronlaşdırılması mexanizmləri nəzərdən keçirilib.

Bildirilir ki, görüşdə "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti", "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC, layihəni dəstəkləyən Asiya İnkişaf Bankının (ADB) nümayəndələri, həmçinin texniki məsləhətçi qismində çıxış edən İtaliyanın "CESI SpA" şirkətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"inin icrası məqsədilə "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC arasında “Yaşıl Dəhliz Birliyi” MMC (Birgə Müəssisə) yaradılıb.



OXŞAR XƏBƏRLƏR