Tural Əliyev "Yaşıl Dəhliz Birliyi" MMC-nin yeni Baş direktoru təyin edilib və şirkətin nizamnamə kapitalının artırılması barədə razılığa gəlinib.
Energetika Nazirliyinin məlumatına görə, bu barədə nazirlikdə "Yaşıl Dəhliz Birliyi" MMC-nin iştirakçıları olan "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC nümayəndələrinin iştirakı ilə keçirilən ümumi yığıncağında bildirilib.
