Yaşıl enerji İsrail və Azərbaycan arasında əməkdaşlığın perspektivli sahəsidir

AZƏRBAYCAN

image

“Yaşıl” enerji Azərbaycan və İsrail şirkətləri arasında əməkdaşlıqda perspektivli sahədir.

Bunu Trend-ə İsrail Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə şöbəsinin rəhbəri və baş direktorunun müavini Yael Ravia-Zadok Bakıda keçirilən Azərbaycan-İsrail biznes-forumu çərçivəsində deyib.

“Yaşıl enerji məsələsinə gəlincə, İsraildə bərpa olunan enerji, enerji səmərəliliyi, enerji yığımı və əlaqəli sahələrdə qabaqcıl texnologiyalara malik 200-dən çox şirkət fəaliyyət göstərir. Bu, İsrail və Azərbaycan şirkətləri arasında çox perspektivli əməkdaşlıq sahəsi ola bilər, belə ki, hamımız təkcə neftlə bağlı olmayan həlləri axtarırıq. Beləliklə, bu sahə heç şübhəsiz, İsrail texnologiyaları ilə Azərbaycan bazarları və investisiyaları arasında qarşılıqlı əlaqənin genişlənməsi üçün potensiala malikdir”, - deyə o bildirib.



OXŞAR XƏBƏRLƏR