Yaponiya energetikanı, o cümlədən yaşıl enerjini Azərbaycanla əməkdaşlığın prioritet istiqaməti hesab edir.
Bu barədə "Report"a Yaponiyanın Azərbaycandakı səfiri Katuya Vatanabe məlumat verib.
O Azərbaycanı çox cəlbedici ölkə kimi xarakterizə edib və ikitərəfli əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensialı vurğulayıb.
"Prioritet istiqamət energetikadır, o cümlədən yaşıl enerji. Bundan əlavə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur", - Vatanabe qeyd edib.
