Zəngilandakı iki KSES-də istehsal edilmiş enerjinin həcmi açıqlanıb

18 may 2026, 20:08 (UTC+4)
ÖLKƏ HİDRO YAŞIL ENERJİ ZONASI
EDITOR
image

Hər birinin gücü 10,5 MVt olan "Zəngilan" və "Şayıflı" kiçik su elektrik stansiyalarının (KSES) istismara verilməsindən 2 il keçir.

Energetika Nazirliyinin məlumatına görə, fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək "Zəngilan" KSES-də 45,2 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Bundan başqa, istismara verildiyi dövrdən may ayına qədər "Şayıflı" KSES-də isə 48,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Xatırladaq ki, 2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçayın üzərində inşa edilmiş ümumi gücü 10,5 MVt olan "Zəngilan" KSES və ümumi gücü 10,5 MVt olan "Şayıflı" KSES istismara verilib.

OXŞAR XƏBƏRLƏR