Azərbaycanda dənizdə külək enerjisi ilə bağlı beynəlxalq şirkətlərlə müqavilə sənədləri üzərində işlər aparılır

image

Xəzər dənizinin Azərbaycan seqmentində müəyyən edilmiş 4 sahədə külək enerjisi üzrə bir sıra beynəlxalq şirkətlərlə müvafiq müqavilə sənədləri üzərində işlər aparılır.

Renewables.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə keçirilən 10-cu Nazirlər/Rəhbər Komitənin iclasında bildirib.

P.Şahbazov əlavə edib ki, bu razılaşmalar “yaşıl hidrogen”in inkişafı ilə bağlı planlarımızı da dəstəkləyəcək.

Nazir layihənin istehsal və ötürmə komponentləri, eləcə də biznes modelləri, Xəzər dənizinin potensial “yaşıl enerji” həcmlərinin regionda paylanması ilə bağlı tədqiqatlara dair tövsiyələrini diqqətə çatdırıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *