Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) Qarabağda bərpa olunan enerji potensialını qiymətləndirib.
Renewables.az quruma istinadən xəbər verir ki, Kəlbəcər və Laçın külək enerjisi, Cəbrayıl, Ağdam, Qubadlı, Xocavənd isə günəş enerjisi potensialı yüksək olan ərazilərdir.
Məlumatda qeyd edilib ki, nəticələr ölkəmizin enerji potensialını artıracaq geniş imkanlara malikdir. Qarabağ ərazisi ölkəmizin bərpa olunan enerji mənbələrinin payını artırmağa töhfə verə bilər. Qarabağın cənub düzənlikləri, günəş enerjisi potensialı baxımından yüksək qiymətləndirilir. Bu rayonlarda günəş enerjisi üçün ən uyğun sahələr yerləşir.
Kosmosdan əldə edilən bu nəticələr ölkəmizin zəngin külək və günəş enerjisi potensialının yüksək olduğunu göstərməklə yanaşı bərpa olunan enerji sektorunun inkişafına zəmin yaradır.
Rəylər (0):