Ukraynada evlərin damına quraşdırılan günəş sistemlərinin enerji istehsalı artıb

image

Ukraynanın paytaxtı Kiyev şəhərində evlərin damına quraşdırılan günəş sistemlərinin enerji istehsalı 25 % artıb.

"Berpaolunanenerji.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə "Yasno"nun mətbuat xidməti məlumat yayıb.

Paytaxt Kiyevdə ev təsərrüfatlarında günəş enerjisini elektrik enerjisinə çevirən 260 günəş enerjisi sistemi quraşdırılıb.

Cari ilin birinci yarımilində məişətdə quraşdırılan günəş elektrik stansiyalarından 1,8 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 % çoxdur. 

İstehlakçılar elektrik enerjisinin bir hissəsini öz evlərinin ehtiyacı üçün istifadə edir, artıq hissəsini isə şəbəkəyə satırlar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *