ADSEA və "SOCAR Green" enerji effektivliyi müqaviləsi və niyyət razılaşması imzalayıb

AZƏRBAYCAN

image

II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və "SOCAR Green" MMC arasında əməkdaşlıq çərçivəsində enerji effektivliyi müqaviləsi və niyyət razılaşması imzalanıb.

ADSEA-nın məlumatına görə, enerji effektivliyi müqaviləsi və niyyət razılaşmasını ADSEA-nın sədrinin birinci müavini Xəyyam Məmmədov və "SOCAR Green" MMC-nin baş direktoru Elmir Musayev imzalayıblar.

Əməkdaşlıq çərçivəsində enerji effektivliyi tədbirlərinin təşkili, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, həmçinin birgə iş planının hazırlanması və müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu təşəbbüs su sektorunda enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin tətbiqinin genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Renewables.az


OXŞAR XƏBƏRLƏR