Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı müzakirə edilib

AZƏRBAYCAN

image

Energetika naziri Pərviz Şahbazovla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında görüş olub.

Görüşdə hazırda Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət münasibətin olduğu qeyd edilib. Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə energetika nazirinin ABŞ-yə səfərinin nəticələri nəzərdən keçirilib. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), müxtəlif istiqamətli enerji  layihələri və digər prioritet sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. ABŞ şirkətləri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və əhatəli yol xəritəsinin hazırlanması məsələlərinə toxunulub.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR