Azərbaycan Çinin "China Datang Corporation Ltd." şirkəti ilə Birgə Yaşıl Enerji Sənaye Parkı layihəsinin həyata keçirilməsinin perspektivlərini müzakirə edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun sözlərinə görə, müzakirələr şirkətin sədri Lü Cün ilə görüşdə baş tutub: "Görüşümüzdə birgə fəaliyyətin perspektivlərini qeyd etdik".
Nazir tərəflərin yaşıl enerji layihələrinin icrası, energetika sektoruna kapital qoyuluşu, lokallaşdırma imkanları və texnologiyalar transferi sahəsində potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardığını qeyd edib.
During our meeting with Lyu Jun, Chairman of China Datang Corporation Ltd. (@China_Datang), we emphasized the promising prospects of our partnership.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 12, 2025
Discussions focused on the implementation of #greenenergy projects, progress on the Joint Green Energy Industrial Park, capital… pic.twitter.com/uZ09LwVxLn
