Azərbaycan Türkiyə Enerji Zirvəsində təmsil olunub

AZƏRBAYCAN

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən Türkiyə Enerji Zirvəsi tədbirində iştirak edib.

Bu barədə BOEMDA-dan məlumat verilib.

Tədbir çərçivəsində “Xaricdə investisiya imkanları” mövzusuna həsr olunmuş paneldə iştirak edən Cəbrayıl Əliyev Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, sözügedən sahə üzrə həyata keçirilən sənaye miqyaslı layihələr, xarici investisiya imkanları və ölkəmizin yaşıl enerjiyə keçid hədəfləri barədə məlumat verib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın da iştirak etdiyi tədbirdə bir çox mövzular, o cümlədən bərpa olunan enerji sahəsi üzrə trendlər, ölkələrin hədəfləri və enerji keçidi prosesində qarşıya çıxan çətinliklər müzakirə edilib.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR