Azərbaycan və BƏƏ arasında bərpa olunan enerji üzrə yeni layihələrin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır

AZƏRBAYCAN

image

Hazırda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında külək və Günəş enerjisi üzrə yeni layihələrin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.

O bildirib ki, enerji sahəsi, xüsusilə bərpaolunan enerji sektoru iki ölkə əməkdaşlığının ən dinamik istiqamətlərindən biridir. Bu çərçivədə BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanda ən iri layihələri həyata keçirən aparıcı tərəfdaş kimi çıxış edir.

“Bərpaolunan enerji sahəsinə gəldikdə, BƏƏ-nin “Masdar” şirkəti bu sahədə ən böyük şirkətlərdən biridir. Hazırda “Masdar” tərəfindən bir neçə iri layihə icra olunub və müvafiq müqavilələr imzalanıb. Layihələrdən bir neçəsi artıq təhvil verilib”, - deyə səfir diqqətə çatdırıb.



OXŞAR XƏBƏRLƏR