Azərbaycan və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) arasında ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub.
Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Astanada IRENA-nın baş direktoru Françesko La Kamera ilə görüşüb.
Söhbət zamanı Azərbaycanın enerji keçidi prosesində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, eləcə də regional əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
IRENA Şurası və yaşıl enerji keçidi çərçivəsində Agentliklə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın regional əhəmiyyətli layihələri Agentliyin təşəbbüsləri müstəvisində dəyərləndirilib və bərpa olunan enerjinin inkişafının təşviqinə dəstək ifadə edilib.
In #Astana, we met with Francesco La Camera (@flacamera), Director-General of the International Renewable Energy Agency (@IRENA). During the meeting, we exchanged views with the agency on the development of bilateral cooperation, strengthening international partnership in… pic.twitter.com/HS278GUZvG
— Parviz Shahbazov (@ParvizShahbazov) October 2, 2025