“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmana görə, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xatırladaq ki, sənəd bu ilin oktyabrın 21-də Astana şəhərində imzalanıb.
