Azərbaycan və Qazaxıstan karbohidrogen və "yaşıl enerji" sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.
Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, "Qazaxıstan Enerji Həftəsi" çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti ilə birlikdə Qazaxıstanın energetika naziri Erlan Akkenjenovla görüş keçirilib.
Həmçinin “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasının cari vəziyyəti dəyərləndirilib. Layihənin texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək məsləhətçi şirkətin tenderin nəticələri əsasında noyabrda müəyyənləşəcəyi bildirilib. Nazir Erlan Akkenjenov strateji əhəmiyyətli bu layihəyə ölkəsinin dəstəyini ifadə edib.
Within #KazakhstanEnergyWeek, together with the President of SOCAR, we met with Erlan Akkenzhenov, Minister of Energy of #Kazakhstan. The meeting focused on prospects for expanding cooperation in the fields of hydrocarbons and green energy. It was highlighted that since 2023, a… pic.twitter.com/HGgHlKcw2g
— Parviz Shahbazov (@ParvizShahbazov) October 2, 2025