2025-ci ilin 11 ayında Azərbaycanda günəş elektrik stansiyalarından 572,5 milyon kVts elektrik enerjisi istehsal olunub.
Renewables.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 24 milyard 603,5 milyon kVts elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur. Bunun 23 milyard 783,1 milyon kVts-ı əmtəəlik elektrik enerjisi olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.
Elektrik enerjisi istehsalının 20 milyard 444,7 milyon kVts-ı isə istilik elektrik stansiyalarının (+0,9 %), 2 milyard 665,9 milyon kVts-ı su elektrik stansiyalarının (-2 %), 172,9 milyon kVts tullantıların yandırılmasından alınan elektrik enerjisi (-5,4 %) istehsalının payına düşüb.
