2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda günəş elektrik stansiyalarından 532,3 milyon kVts elektrik enerjisi istehsal olunub.
Renewables.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
Hesabat dövründə Azərbaycanda 22 milyard 553,5 milyon kVts elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur. Bunun 21 milyard 800,7 milyon kVts-ı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə eynidir.
Bunun 2 milyard 521,2 milyon kVts-ı su elektrik stansiyalarının (il ərzində eyni qalıb), 18 milyard 673,7 milyon kVts-ı isə istilik elektrik stansiyalarının (+0,3 %), 159 milyon kVts tullantıların yandırılmasından alınan elektrik enerjisi (-0,5 %) istehsalının payına düşür.
