Azərbaycanda gündəlik bərpa olunan enerji istehsalı 36 %-i keçib

AZƏRBAYCAN

image

Aprelin 20-də Azərbaycanda ümumi istehsal olunan 64,4 milyon kilovat-saat elektrik enerjisinin 23,5 milyon kilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub. 

Renewables Energetika Nazirliyinə istinadən xəbər verir ki, ümumi elektrik enerjisinin 15,9 milyon kilovat-saatı su elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı isə günəş və külək elektrik stansiyalarında istehsal olunub.

Bununla, ötən gün istehsal olunan elektrik enerjisinin 36,5 faizi bərpa olunan enerji mənbələrinin payına düşüb. Külək və günəş enerjisi birlikdə ümumi elektrik enerjisi istehsalının 12 faizini təşkil edib.

Renewables.az


OXŞAR XƏBƏRLƏR