Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın külək elektrik stansiyalarında 73,5 milyon kVts elektrik enerjisi istehsal edilib.
Renewables.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, 2024-cü ilin 10 ayının göstəriciləri ilə müqayisədə 61,2 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 22 milyard 553,5 milyon kVts elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur. Bunun 21 milyard 800,7 milyon kVts-ı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə eynidir.
Bunun 2 milyard 521,2 milyon kVts-ı su elektrik stansiyalarının (il ərzində eyni qalıb), 18 milyard 673,7 milyon kVts-ı isə istilik elektrik stansiyalarının (+0,3 %), 159 milyon kVts tullantıların yandırılmasından alınan elektrik enerjisi (-0,5 %) istehsalının payına düşür.
