Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlara əsasən, bu ilin yanvar-iyun aylarında “AzərEnerji” ASC üzrə 12 milyard 323,2 milyon kVts elektrik enerjisi istehsal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 404,3 milyon kVts və ya 3,4 % çoxdur.
“AzərEnerji” tərəfindən istehsal edilən elektrik enerjisinin 10 milyard 441,4 milyon kVts-ı İstilik Elektrik Stansiyalarında (İES), 1 milyard 851,1 milyon kVts-ı Su Elektrik Stansiyalarında (SES) və 30,7 milyon kVts günəş elektrik stansiyalarında qeydə alınıb. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,7 milyon kVts (0,1 %) az, 384,3 milyon kVts (26,2 %) və 0,2 milyon kVts (0,7 %) çoxdur.