“AzərEnerji” ilə “Masdar” rəhbərliyi günəş və külək enerjisi layihələrini müzakirə edib

AZƏRBAYCAN

image

Azərbaycanda səfərdə olan BƏƏ-nin “Masdar” şirkətinin Biznes və Layihə İnkişafı üzrə direktoru Abdulla Zayedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “AzərEnerji” ASC-nin sədri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

“AzərEnerji” ASC-nin məlumatına görə, görüş zamanı əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Həmçinin ümumi qoyuluş gücü 1000 MVt olan Bankə, Biləsuvar və Qaradağ günəş və külək elektrik stansiyaları layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR