Biləsuvar Günəş Elektrik Stansiyasında aparılan işlər barədə görüş keçirilib (FOTO)

AZƏRBAYCAN
GÜNƏŞ

image

445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasında (GES) aparılan tikinti işlərinin vəziyyəti barədə Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Məlumata görə, görüşdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Masdar” və podratçı şirkətin nümayəndələri iştirak etdi.

Qeyd olundu ki, ümumi sahəsi 1 454 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək.

Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR