İndiyədək 67 ölkə, “Qlobal Enerji Saxlama və Şəbəkələr Öhdəliyi”nə, 66 ölkə “Hidrogen Bəyannaməsi”nə, 59 ölkə isə “Yaşıl Enerji Öhdəliyi”nə qoşulub.
Bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə çıxışı zamanı bildirib.
"Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin günəş və külək layihələrinin inkişafını, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonasına çevrilməsini, ölkənin enerji sisteminin dayanıqlılığını təmin edən və şaxələndirilmiş nəql infrastrukturlarının yaradılmasını hədəfləyən siyasəti COP29-un enerji təşəbbüslərinin əsas hərəkətverici qüvvəsi oldu", - nazir qeyd edib.