Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərlik etdiyi Dünya Bankının nümayəndə heyətini qəbul edib.
EMTA-dan verilən məlumata görə, görüş zamanı “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi Layihəsi” (AZURE), eləcə də elektrik enerjisi tariflərinin təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
Tərəflər həmçinin elektroenergetika sahəsində islahatların gedişatına nəzər yetiriblər.
