23 aprel tarixində saat 10:30-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.
İclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üçün Yol Xəritəsinin cari ilin birinci rübü üzrə icra vəziyyətinə dair məlumat veriləcək və və işçi qrupun fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə olunacaq.
