Enerji Effektivliyi Fondunun vəsaitindən eneji səmərəliliyi layihələrinin kreditləşməsi mövzusunda maarifləndirici təlim keçirilib

AZƏRBAYCAN

image

Dünya Bankı tərəfindən icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan üçün Çevik Texniki Yardım Aləti” (AZTAF) vasitəsilə həyata keçirilən “Enerji səmərəliliyi və iqlim” layihəsi çərçivəsində Energetika Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində fiziki şəxslər, kiçik və orta sahibkarlar üçün Enerji Effektivliyi Fondunun vəsaitindən eneji səmərəliliyi layihələrinin kreditləşməsi mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimin təşkil olunmasında əsas məqsəd enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üzrə beynəlxalq təcrübənin yerli institusional qurumlara və tərəfdaş banklara ötürülməsi, eləcə də enerji səmərəliliyi kredit xətlərinin tətbiq mexanizmlərinin hazırlanmasıdır.

İki gün davam edən təlim zamanı iştirakçılara binalar üçün enerji səmərəliliyi və bərpa olunan enerji  texnologiyaları, kreditləşmə prosedurları, uyğunluq meyarları, enerji qənaəti hesablamaları geniş şəkildə izah olunub. Dünya Bankının ekspertləri Rainer Behnke və Besim Islami beynəlxalq təcrübəni, müxtəlif sektorlar üzrə tipik enerji səmərəliliyi layihələrini və kredit xətlərinin idarə olunması üzrə alqoritmləri təqdim ediblər.

Təlimdə Energetika Nazirliyi, nazirliyin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə yanaşı Mənzil İnşaat Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "SOCAR Green" MMC, tərəfdaş bankların nümayəndələri, habelə potensial enerji auditorları iştirak ediblər.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR