Masdar Azərbaycanda "fasiləsiz" bərpa olunan enerji layihəsini tətbiq edəcək

AZƏRBAYCAN

image

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti "around the clock" (gecə-gündüz, fasiləsiz) bərpa olunan enerji istehsalı layihəsini Azərbaycanda tətbiq etməyi planlaşdırır.

Bunu BƏƏ-nin "Masdar" şirkətinin ölkə meneceri, "Masdar Azerbaijan"nın direktoru Murad Sadıxov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə deyib.

M. Sadıxov deyib: "BƏƏ-də böyük "gecə-gündüz" (və ya 24 saat, fasiləsiz) layihəsinə başlamışıq. Bu layihə günəş enerjisi texnologiyası ilə batareya saxlama sisteminin birləşməsidir və əsas yükü təmin edir. Layihə 5,5 giqavatlıq günəş enerjisi və 19 giqavat-saatlıq batareya saxlama gücünü əhatə edir. Hazırda BƏƏ-də bu layihə işə salınıb və tikinti mərhələsindədir. Biz indi bu təcrübəni daha kiçik miqyasda istifadə etmək istəyirik. Onu Azərbaycanın bir çox bölgəsində tətbiq etməyi planlaşdırırıq. Bu, əslində bərpa olunan enerjini texniki xüsusiyyətlər baxımından ənənəvi enerji mənbələrinə daha da yaxınlaşdırmaq üçün aradan qaldırmalı olduğumuz texnoloji çətinliklərdir".

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR