"Masdar" Azərbaycandakı layihəsi üçün vakansiya elan edib

AZƏRBAYCAN

image

"Masdar" şirkətinin Azərbaycandakı bərpa olunan enerji layihəsi ilə bağlı yeni vakansiya elan edilib. Şirkət ölkədə həyata keçirilən iri həcmli bərpa olunan enerji layihəsi üçün sahədə çalışacaq Layihə Meneceri axtarır.

Məlumata görə, Layihə Meneceri layihələrin icrasına tam nəzarət edəcək. Bu, dizayn, icazələrin alınması, satınalma, tikinti, istismara verilmə, enerjiləşdirmə, sınaqların aparılması və layihənin təhvil verilməsi mərhələlərini əhatə edir.

Vakansiya üzrə seçilən namizəd layihənin bütün mərhələlərində keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühit (QHSE) standartlarının yüksək səviyyədə təmin olunmasına, işçi qüvvəsinin effektiv idarə edilməsinə, layihənin büdcə daxilində və müəyyən edilmiş qrafik üzrə icrasına cavabdeh olacaq.

Eyni zamanda, Layihə Menecerinin texnoloji həllərin seçilməsində innovativ yanaşmalar tətbiq etməsi və layihə çərçivəsində mövcud olan mürəkkəb texniki və əməliyyat əlaqələrini koordinasiya etməsi gözlənilir.

Namizədlər "LinkedIn" üzərindən vakansiyaya müraciət edə bilərlər.



OXŞAR XƏBƏRLƏR