Naxçıvan MR-da “Yaşıl Enerji Zonası” Konsepsiyasının ilkin təqdimatı olub

AZƏRBAYCAN
YAŞIL ENERJİ ZONASI

image

Naxçıvan Muxtar Respublikasında “Yaşıl Enerji Zonası” Konsepsiyasının ilkin təqdimatı olub.

Təqdimat energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin birgə sədrliyi ilə “Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində elektroenergetika sisteminin inkişafına həsr olunmuş iclasında baş tutub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Naxçıvanın “Yaşıl Enerji Zonası” elan edildiyi bir daha vurğulanıb. Bildirilib ki, Konsepsiya regionun bərpa olunan enerji potensialından maksimum istifadə etməklə enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə infrastrukturunun yaradılmasını, enerji ixrac imkanlarının genişləndirilməsini və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Azərbaycanın “yaşıl enerji” siyasətinə, qlobal trendlərə və Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramına müvafiq olaraq hazırlanmış Konsepsiyanın əsas istiqamətləri, hədəfləri və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verilib.



OXŞAR XƏBƏRLƏR