Azərbaycan rəhbərliyinin həyata keçirdiyi enerji siyasəti nəticəsində bu günədək ölkəmizə 114 milyard dollardan artıq sərmayə cəlb olunaraq güclü enerji infrastrukturu yaradılıb. Bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Euronews" kanalına müsahibəsində deyib.
"Hazırda isə müasir enerji siyasəti çərçivəsində gələcək üçün mühüm əhəmiyyət kəsb edən layihələr – Avropa və Mərkəzi Asiyanı birləşdirəcək interkonnektorlar üzərində iş aparılır", - nazir bildirib.