Noyabrda məsləhətçi şirkətin seçimi başa çatdıqdan sonra layihənin (Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi) texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq.
Energetika Nazirliyinin məlumatına görə, bunu nazir Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında deyib.
“Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi"nin isə enerji tərəfdaşlığını gücləndirən və regional enerji təhlükəsizliyinə töhfə verən strateji rolu diqqətə çatdırılıb.
Energetika naziri həmçinin bildirib ki, Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı sahəsində tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə və Zəngəzur dəhlizinin açılması perspektivləri də daxil olmaqla yeni imkanların birgə və səmərəli reallaşdırılmasına hazırdır.