Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Green" və "Rapid Solutions" Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin obyektlərində enerji səmərəliliyinin artırılması məqsədilə müqavilə imzalayıb.
"SOCAR Green"nin yaydığı məlumata görə, müqavilə Böyük Britaniyanın Azərbaycana və Mərkəzi Asiyaya Ticarət Nümayəndəsinin səfəri çərçivəsində keçirilən yaşıl enerji tədbiri zamanı imzalanıb.
Müqavilə "SOCAR Green"nin baş direktoru Elmir Musayev və "Rapid Solution"nun direktoru Howard Lyn tərəfindən imzalanıb. Əməkdaşlıq texniki analizləri, enerji qiymətləndirmələrini və səmərəlilik tədbirlərinin tətbiqini əhatə edəcək və bu "SOCAR Green"nin dayanıqlılıq və əməliyyat mükəmməlliyinə verdiyi önəmi əks etdirir.
