İsveçrə bərpaolunan enerji sahəsində Azərbaycana öz bilik və təcrübələrini təqdim edə bilər.
Bu barədə Trend-ə özəl müsahibəsində İsveçrənin Xarici İşlər üzrə Federal Departamentinin Avrasiya şöbəsinin rəhbəri, səfir Pyer-İv Füks Azərbaycana etdiyi son səfərinin yekunlarına dair bildirib.
“Hər iki ölkə bu istiqamətlərdə güclü və bir-birini tamamlayan üstünlüklərə malikdir. İsveçrə qabaqcıl “yaşıl” texnologiyalar, innovasiyalar və dayanıqlı maliyyə imkanları təklif edir, Azərbaycan isə bərpa olunan enerji üzrə böyük potensiala və enerji sektorunun transformasiyası istiqamətində strateji məqsədlərə malikdir. İsveçrə qarşılıqlı faydalı enerji keçidinin təmin edilməsi və bunun hər iki tərəf üçün səmərəli tərəfdaşlığa çevrilməsi üçün öz nou-hau imkanlarını təqdim edə bilər”, - deyə o vurğulayıb.
