ABŞ dəniz külək enerjisinin qoyuluş gücünü 2030-cu ilə qədər 30 GVt-a yüksəltməyi hədəfləyir

image

Bayden administrasiyası bunun önümüzdəki illərdə minlərlə insana iş yeri yaradacağını və milyardlarla dollar yatırımlara səbəb olacağını ümid edir. Ölkənin ilk dəniz (ofşor) külək ferması olan "Block Island" 29 MVt gücündədir.

Ağ Evdən verilən açıqlamada, dəniz külək enerjisi üçün investisiya məbləğinin illik 12 milyard dollar olacağı, dəniz külək enerjisi sahəsi üzrə 44 min və bağlı sahələr üzrə əlavə 33 min yeni iş yerinin yaranacağı qeyd olunur. Bundan əlavə, 10 ilin sonunda, 30 GVt gücündəki dəniz külək enerjisi 10 milyon evin elektrik enerjisini qarşılayacaq və 78 milyon ton CO2 emissiyasının qarşısını alacaq.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *