Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında 200 MVt gücündə quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi) imzalanıb.
Renewables.az-ın məlumatına görə, sənədlərə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə baş direktoru Selin Güven imza atıb.
İmzalanma mərasimi bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu çərçivəsində baş tutub.
Rəylər (0):